İnfarkt keçirən deputatın vəziyyətilə bağlı — Açıqlama

  • 2018.03.17 13:57
  • 13974 Baxış
İnfarkt keçirən deputatın vəziyyətilə bağlı —  Açıqlama
Bakıda infarkt keçirən türkiyəli deputat, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlunun vəziyyəti stabildir.

 

Medicina.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov məlumat verib. Həkim bildirib ki, reanimasiya şöbəsinə yerləşdirilən İhsanoğlunun huşu yerindədir.


"Biz onu dünən qəbul etdik, dərhal təhlükənin qarşısını almaq üçün lazımi tədbirləri gördük. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Huşu yerindədir. Özü yeməyini yeyir. İlkin təhlükə aradan qaldırılıb".