İnsan orqanizmi üçün - ən faydalı 5 yağ

  • 2024.03.14 20:59
  • 969 Baxış
İnsan orqanizmi üçün    -  ən faydalı 5 yağ


Zeytun yağı hazırda orqanizm üçün ən faydalı yağ kimi təqdim olunur.

“Medicina” xəbər verir ki, hepatoloq, dietoloq Nuriya Dianova əslində zeytun yox, günəbaxan yağının faydalı olduğunu deyib.

“Yarımdoymuş yağ turşuları zeytun yağında 13%, günəbaxan yağında isə 65%-dir.

Zeytun yağı tez həzm olur, piyləndirmir fikri də yanlışdır, hər iki yağ eyni dərəcədə 100% yağdan ibarətdir və kalorilidir.

Orqanizm üçün digər daha faydalı yağlar da var:

Bunlar təəssüf ki, mətbəximizdə, süfrəmizdə azdır.

Avokado – monodoymuş yağ turşusudur, E, A vitaminlərlə zəngindir, qadın və ürək sağlamlığı üçün əvəzsizdir.

Kokos yağı – laurinh turşusu vaqr, xolesterin və lipidi azaldır, saç, dəri, immun sistem üçün əvəzsizdir.

Kətan toxumu yağı – alfa linelon turşusu ilə zəngindir. Orqanizmdə iltihabı azaldır.

Küncüt yağı – bütün faydalı yağ turşuları ilə zəngindir təzyiqi salır, bağırsaq və ürək sağlamlığına təsir edir”.

Aygün Musayeva