İnsanda D vitamini çatışmazlığının 10 təhlükəsi – İmmunitet çökür

  • 2022.01.28 17:40
  • 2943 Baxış
İnsanda D vitamini çatışmazlığının 10 təhlükəsi  – İmmunitet çökür

D vitamininin digər adı kalsiferoldur, o sümüklər, dişlər, ürək, immunitetin açarıdır.

Uşaqlarda çatışmadıqda boy artımı azalır, beyin yaxşı inkişaf etmir, raxit yaranır, böyüklərdə isə depressiya, osteoporoz, hətta onkoloji patologiyalar inkişaf edir.

Medicina.az insanda D vitamini çatışmazlığının yaradacağı 10 təhlükəni təqdim edir.

1. Kişilərdə prostat, qadınlarda süd vəzi şişləri riskini 5 dəfə artırır.

2. Onkoloji xəstəliklərə səbəb olan bədxassəli hüceyrələr aktivləşir, eləcə də D vitamini əskik olan xərçəng xəstələrində yaşama şansı azalır.

3. Yaşlandıqca qocalıq əqli kəmliyi, demensiya, Alsgeymer riski artır. Qadın və kişilərdə 50 yaşından kalsiferol, yəni D vitamini qanda normadan azdırsa Alsgeymer riski 50% artır. Hipovitaminoz olduqda bu risk 100%dir, yəni şans yoxdur.

4. İmmunitet çox düşür, zəifləyir, xəstəliklərə qapı açılır. Qanda D vitamini 20-dən az olanlarda virus xəstəlikləri zamanı ağırlaşma və pmevmoniya olur.

5. Artrit, artroz, bədəndə iltihabi dərəcəni artırır


6. Depressiya, apatiya, təşviş pozuntusu yaşayır

7. Ürəklə bağlı patologiyalar təhlükəsi günbəgün artır. Xolekalsiferol çatmayanda ürəyin işemik xəstəliyi 32% artır. Ürək əzələsi iltihablaşır.

8. Şizofreniya yaranma ehtimalı artır.

9. Dağınıq skleroz xəstəliyini aktivləşdirir

10. Ömür qısalır. Qanında D vitamini 30-dan aşağı olanların daha tez ölmə ehtimalı var. Bu hədd 60 yaşa kimidir.