Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanı dəli həddinə çatdıran ən təhlükəli yaş

  • 2025.06.13 16:12
  • 283 Baxış
İnsanı dəli həddinə çatdıran ən təhlükəli yaş


Alimlər hesab edir ki, 44 yaşında insanlar xüsusilə depressiya riski altında olurlar.

Depressiya əhval-ruhiyyənin davamlı azalması, motor hərəkətlərinin geriləməsi və insanın adi düşüncəsinin pozulması ilə xarakterizə olunan psixi pozğunluqdur.


“Medicina” xəbər verir ki, Uorvik Universitetinin (Böyük Britaniya) alimləri bildirib ki, maksimum depressiya riski 44 yaşında baş verir.

Alimlər 80 ölkədən 2 milyondan çox insanın iştirak etdiyi bir sıra tədqiqatlar zamanı əldə edilən məlumatları təhlil ediblər. Təhlillər göstərdi ki, 40 yaşdan sonra bir çox insanlar psixoloji tənəzzül yaşamağa başlayır.

44 yaşa qədər, alimlərin fikrincə, getdikcə intensivləşən mənfi proses çox vaxt əsl depressiya şəklini alır.

Bu yaşda depressiyaya düşmə riski gəlir və bu, təhsil səviyyəsindən asılı deyil və həm uşaqlı ailələr, həm də tək insanlar üçün yüksəkdir.

Eyni zamanda, layihə müəllifləri qeyd ediblər ki, sözügedən psixoloji tənəzzül 50 yaşa qədər tədricən keçir. Bu, son nəticədə qocalmanın yaxınlaşması ilə əlaqədar orqanizmin psixi yenidən qurulmasından xəbər verir.



“Əgər “orta yaş böhranı” uğurla aradan qaldırılarsa, yaşlı insanın psixoloji sağlamlığı heç bir şəkildə 20 yaşlıların psixikasından aşağı olmayacaq”.


Aygün Musayeva