İnsanın yetkinlik yaşı 50-dir

  • 2023.05.11 15:00
  • 2473 Baxış
İnsanın yetkinlik yaşı 50-dir
İnsanlar yanlış olaraq özlərini 21 yaşadək tam formalaşmış hesab edir. Elə hesab edirik ki, 20-21 yaşında artıq orqanizm tam yetkin formasına çatır və inkişafı dayanır.

“Medicina” xəbər verir ki, Professor Sarah-Jane Blekmorun rəhbərlik etdiyi London Universitet Kollecinin tədqiqatçıları insan beyninin yeniyetməlikdə fiziki inkişafını dayandırması ilə bağlı fikirləri təkzib ediblər.

Beyin skanları göstərib ki, alnın arxasındakı prefrontal korteks adlanan sahə 30 və 40 yaşlarda belə dəyişməyə davam edir.

Prefrontal korteks insan beyninin əsas sahəsidir. Bu sahə qərar qəbul etmə, sosial ünsiyyət və bir çox digər müəyyənedici xüsusiyyətlərinə cavabdehdir.

Professor Blekmorun sözlərinə görə, cəmi 10 il əvvəl insan beyninin erkən uşaqlıq dövründə fiziki inkişafını dayandırdığına heç bir şübhəmiz yox idi.

Amma araşdırmalarımız göstərdiyi kimi, beyin uzun onilliklər ərzində inkişaf etməyə davam edir.

Professor Blekmor vurğulayır ki, prefrontal korteks erkən uşaqlıq dövründə inkişaf etməyə başlayır, yeniyetməlik dövründə yenidən qurulmadan keçir və 40 yaşdan sonra inkişaf etməyə davam edir. Onun inkişafı 50 yaşa kimi davam edə bilir.

Aynurə Məmmədova