İnsanın yuxu müddəti onun ömrünə təsir edir

  • 2022.09.06 16:23
  • 2252 Baxış
İnsanın yuxu müddəti onun ömrünə təsir edir


Stenford universitetinin alimləri insan yuxusunun ömrünə təsirini araşdırıb.


"Medicina" xəbər verir ki, yuxu pozulması və uzun müddət yuxusuzluq ölümün prediktorudur.


Eksperimentdə 12 min insanın tibbi məlumatı analiz olunub. Onlar yuxu müddəti və xarakteristikası barədə məlumat verib.


Alınan nəticələr ölümü tezləşdirən, ömrü qısaldan yuxu dəyişikliyi hesablanıb.

Məlum olub ki, erkən ölüm təhlükəsi fraqmentli yuxu alanlardadır. Yəni gecə yarı tez-tez oyanıb, bir dəqiqə sonra yatan, amma bunu xatırlamayan insanlardır.


Ömrün uzun olması üçün erkən və möhkəm, gecə oyanmadan yuxu almaq lazımdır.

Aygün Musayeva