İnsulin müqaviməti, normal qan səviyyələrinə baxmayaraq, bədənin toxumalarının insulinə daha az həssaslığı ilə başlayan qlükoza mübadiləsinin pozulmasıdır.
Nəticədə, hüceyrələr qlükozanı udmaqda çətinlik çəkir və bu da yüksək qan şəkərinə səbəb olur.
Medicina.az insulin dirəncinin əlamətlərini təqdim edir:
qan şəkərinin yüksəlməsi
qan təzyiqinin artması
normoqlikemiyaya nail olmaqda çətinlik
çəki artımı
çəki itirməkdə çətinlik
iştahanın artması
İnsulin müqavimətinin özü 2-ci tip diabetə səbəb olmur. Lakin toxumaların insulinə həssas olmaması onun inkişaf riskini artırır.
Alimlər iltihab və insulin müqaviməti arasında əlaqə aşkar ediblər və bu da iltihab əleyhinə pəhrizin yalnız xəstəliyin qarşısını almaqla yanaşı, həm də müalicə edə biləcəyini göstərir.
Piylənmə və ya artıq qarın yağı insanın yağ hüceyrələrinə təsir edir və xroniki iltihaba səbəb olur. Sitokin adlanan müəyyən iltihabi kimyəvi maddələrin səviyyəsi, diabetsiz insanlarla müqayisədə, 2-ci tip diabetli insanlarda tez-tez daha yüksək olur.
Tədqiqatçılar müəyyən edib ki, 2-ci tip diabetli insanlarda sitokin səviyyəsi yağ toxumasında yüksəlir.
İltihab əleyhinə pəhriz və idman 2-ci tip diabetin qarşısını ala və geri qaytara bilər.
Bədəndə iltihaba səbəb olan qidalar:
Şəkər
Qlüten tərkibli dənli bitkilər
Emal olunmuş ət məhsulları (kolbasa, hot-doq və s.)
Rafinə edilmiş bitki yağları
Trans yağlar
Müəyyən süd məhsulları
Emal olunmuş karbohidratlar.
Bu qidalardan çəkinmək lazımdır.
Təbii iltihab əleyhinə xüsusiyyətlərə malik qidalara sağlam yağlar, qoz-fındıq və əksər meyvələr daxildir. İltihab əleyhinə pəhrizin əsasını tərəvəzlər, paxlalılar, şəkərsiz meyvələr, giləmeyvələr və göyərtilər təşkil edir.
Aygün Musayeva