İnsulin dirəncini azaldan 4 əsas şərt - Həkimdən açıqlama

  • 2025.12.10 23:18
  • 161 Baxış
İnsulin dirəncini azaldan 4 əsas şərt -  Həkimdən açıqlama

Endokrinoloq Arzu Əyyubova insulin dirəncini azaldan 4 əsas şərti açıqlayıb.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, birincisi, fiziki aktiv olmaqdır:

"Biz fiziki aktiv olduqda əzələlərimiz şəkərdən yanacaq kimi istifadə edir. Bu, qanda şəkərin, insulin dirəncinin azalmasına gətirib çıxarır.

İkincisi, aşağı karbohidratlı qidalanmaqdır. Tərkibində şəkər olan qidalar insulin sıçrayışlarına səbəb olur.

Üçüncüsü, aralıq orucudur. 16 saatdan çox ac qalmaq qanda insulinin azalmasına gətirib çıxarır.

Dördüncüsü, çəkinin azalmasıdır. Çəkinin 10 faiz azalması insulin dirəncini azaldır".

Aygün
Medicina.az