İnsulin dirəncini qıran qidalar - SİYAHI

  • 2026.01.20 13:34
  • 178 Baxış
İnsulin dirəncini qıran qidalar  - SİYAHI


Maqneziumla zəngin qidalar insulinə həssaslığı artırır

Diabetdə əsas problem həddindən artıq yüksək qan şəkəri və ya qlükoza səviyyəsidir ki, bu da öz növbəsində ürək xəstəliyi və böyrək çatışmazlığı da daxil olmaqla müxtəlif patologiyaların inkişaf riskini artırır.

Buna görə də, diabet xəstələrinin qan şəkəri səviyyəsini idarə etməyə və sıçrayışların qarşısını almağa nəyin kömək etdiyini bilməsi vacibdir.

Medicina.az xəbər verir ki, ümumi terapevt Svetlana Nikitina müəyyən qidaların kömək edə biləcəyini qeyd etdi. Mütəxəssisin sözlərinə görə, müəyyən mikroelementlər hüceyrələrin insulin hormonuna həssaslığına müsbət təsir göstərir.

Bu mikroelementlərdən biri maqneziumdur.


İnsulin mədəaltı vəzi tərəfindən istehsal olunan bir hormondur. Bədəndə şəkər daşıyıcısı kimi çıxış edir: insulin sayəsində yeməkdən sonra qan dövranına buraxılan şəkər bədənin hüceyrələri arasında paylanır və enerji üçün istifadə olunur. Hüceyrələr insulinə cavab verə bilmədikdə (adətən 2-ci tip diabetdə baş verir), qan şəkərinin səviyyəsi kəskin şəkildə yüksəlir.

Svetlana Nikitinanın sözlərinə görə, mövcud tədqiqat göstərir ki, maqnezium hüceyrələr tərəfindən insulinə həssaslığı və qlükoza emalını yaxşılaşdırır, həmçinin hiperglisemiya ilə əlaqəli iltihabı azaltmağa kömək edir.
İdman hər kəsdə əzələlərin insulinə həssaslığını artırmır.
"Tədqiqatlar göstərir ki, maqnezium 2-ci tip diabetdə insulin reseptorlarının aktivliyinə və insulin həssaslığına müsbət təsir göstərir."

İnsulin dirənci üçün faydalı qidalar:

Balqabaq toxumu
Çia toxumu
Badam
Ispanaq
Kaju
Fıstıq
Soya südü
Qara lobya
Tünd şokolad və kakao.

Aygün Musayeva