İnsülin dirənci son illərdə ən çox rast gəlinən metabolik problemlərdən biridir. Bu vəziyyətdə hüceyrələr insülin hormonuna əvvəlki kimi cavab vermir və orqanizm qan şəkərini normada saxlamaq üçün daha çox insülin istehsal etməyə məcbur olur. Problem uzun müddət gizli qala bilər və ilk əlamətlər çox vaxt nəzərdən qaçırılır.
1. Yeməkdən sonra yuxululuq
Xüsusilə şirin və ya unlu qidalardan sonra güclü yuxu basması insülin dirəncinin erkən əlamətlərindən biri ola bilər.
2. Daim şirniyyat istəyi
Tez-tez şirin yemək istəyi, şəkərə qarşı güclü meyl və şirniyyat yemədikdə əsəbilik yaranması diqqətə alınmalıdır.
3. Qarın nahiyəsində piylənmə
Çəkinin əsasən qarın ətrafında toplanması insülin dirənci ilə əlaqəli ən tipik əlamətlərdən biridir.
4. Səbəbsiz yorğunluq
Kifayət qədər yatdığınız halda belə gün ərzində enerjisizlik və halsızlıq hiss edə bilərsiniz.
5. Çəki verməkdə çətinlik
Pəhriz və hərəkət etməyinizə baxmayaraq çəkinin azalmaması və ya çox yavaş azalması insülin dirənci ilə əlaqəli ola bilər.
6. Tez-tez acmaq
Yeməkdən qısa müddət sonra yenidən aclıq hiss etmək və tez-tez qəlyanaltı ehtiyacı yaranması diqqət çəkən əlamətlərdəndir.
7. Beyin dumanı
Diqqətin dağılması, unutqanlıq, fikri toplamaqda çətinlik və zehni yorğunluq yarana bilər.
8. Dəridə tündləşmələr
Boyun, qoltuqaltı və qasıq nahiyəsində dərinin tünd rəng alması bəzən yüksək insulin səviyyəsinin əlaməti ola bilər.
9. Trigliseridlərin yüksəlməsi
Qan analizlərində trigliseridlərin yüksək olması və HDL ("yaxşı xolesterin") səviyyəsinin aşağı olması insülin dirəncini düşündürə bilər.
10. Qadınlarda hormonal pozğunluqlar
Menstruasiya pozuntuları, polikistik yumurtalıq sindromu və sonsuzluq problemləri ilə insülin dirənci arasında əlaqə ola bilər.
Nə etməli?
Əgər bu əlamətlərdən bir neçəsi sizdə varsa, ailə həkimi və ya endokrinoloqa müraciət etmək faydalıdır. Qanda şəkər, insulin səviyyəsi, HbA1c və digər metabolik göstəricilərin yoxlanılması erkən diaqnoz üçün vacibdir.
Erkən aşkar olunan insülin dirənci düzgün qidalanma, fiziki aktivlik və həyat tərzi dəyişiklikləri ilə böyük ölçüdə nəzarət altına alına bilər.
Aygün Musayeva