İnsult riski yüksək olan insanlar kimlərdir?

  • 2025.10.02 15:52
  • 129 Baxış
İnsult riski yüksək olan insanlar kimlərdir?



Bəzi insanlarda genetik və ya başqa obyektiv səbəblərdən insult riski yüksəkdir.

“Medicina” xəbər verir ki, kardioloq Serebryanski qeyd edib ki, obez(aşırı piylənmə) insanlar insult üçün ən böyük risk altındadır.

Həddindən artıq çəki yüksək xolesterol səviyyəsini göstərir. Xolesterol tıxanmaları damar qəzalarının ən çox görülən səbəblərindən biridir və irsi ailəvi hiperkolesterolemiyası olanlar əhəmiyyətli bir risk altındadır.

Serebryanski insult riski altında olan digər insanları da qeyd edib:
“Hipertoniya, şəkərli diabet və aritmiyadan əziyyət çəkən xəstələrdə insult baş verə bilər”.

Kardioloq əlavə edib ki, çoxlu siqaret və spirtli içkilərdən sui-istifadə də insult riskini xeyli artıran amillərdir. Stress yaşayanlar da risk altındadır. Psixi qeyri-sabitlik və nöropsikiyatrik vəziyyətlər insultun inkişafı ilə sıx bağlıdır.
Bu patologiyanın qarşısını almaq üçün həkim qan şəkəri və xolesterol səviyyəsini izləməyi, həmçinin ürək aritmiyaları üçün test etməyi tövsiyə edir.

"İnsultun qarşısının alınması diabet, yüksək xolesterol və ürək aritmiyasının müalicəsindən ibarətdir. Aritmiya ürəkdaxili trombların əmələ gəlməsinə səbəb ola bilər ki, bu da qoparaq beyinə keçə, qan damarlarını bağlaya bilər”.


Aygün Musayeva