İnsultdan əvvəl mütləq baş verən 6 əlamət

  • 2023.04.28 15:25
  • 2271 Baxış
İnsultdan əvvəl mütləq baş verən   6 əlamət
Erkən mərhələlərdə təhlükəli bir patologiyanı müəyyən etmək vacibdir. Buna görə həkimlər bəzi əlamətlərə fikir verməyi tövsiyə edir.

Əgər insan insult keçiribsə, hər dəqiqə önəmlidir. Xəstəxanaya nə qədər tez çatsanız, beyin zədələnmə sahəsi bir o qədər kiçik olacaq.


“Medicina” xəbər verir ki, tibb elmləri namizədi professor Aleksandr Şişoninin insanın ancaq özünün hiss etdiyi və anlaya biləcəyi simptomlardan danışıb. Hansı ki, bu əlamətləri həkimlər görməzdən gələ bilər.


Bu simptomlar yaxınlaşan bir fəlakətin siqnalı ola bilər.

İnsultdan əvvəlki sindroma nələr daxildir:

başgicəllənmə;
səntirləyən yeriş;
qulaqlarda və ya başda səs-küy (zəng, cızıltı, fit);
bulanıq görmə, görmənin azalması;
unutqanlıq;
qan təzyiqində artımlar, həm azalma, həm artma

Bu əlamətlər varsa, təcili həkimə müraciət edin.

Günay Quliyeva