Akupunktura insultdan sonra sağalmanı təşviq edir.
Akupunktura yalnız əzələlərə təsir etməklə deyil, həm də beyin quruluşunu dəyişdirməklə insultdan sonra motor funksiyasının bərpasını təşviq edə bilər.
Medicina.az xəbər verir ki, elmi tədqiqatda 56 insult xəstəsi iştirak edib. İki həftə ərzində bir qrup ənənəvi akupunktura, digəri isə qeyri-aktiv nöqtələrə yönəlmiş prosedur almışdır. Motor funksiyasında əhəmiyyətli dərəcədə yaxşılaşma yalnız ənənəvi akupunktura alan xəstələrdə müşahidə edilmişdir.
40 yaşdan kiçik insanlar getdikcə ürək tutmalarından ölürlər. Niyə ürək xəstəlikləri gənc insanlarda daha çox yayılır və bundan qorunmaq mümkündürmü?
Beyin müayinələri göstərib ki, irəliləyişlər motor nəzarəti və koordinasiyası ilə əlaqəli bir neçə sahədə boz maddə həcminin artması ilə müşayiət olunur. Bu dəyişikliklər nə qədər böyük olarsa, xəstələrin ətraf hərəkətliliyi bir o qədər yaxşı bərpa olunur.
Müəlliflərə görə, akupunktur beyində hərəkətin başlanması, idarə olunması və koordinasiyasından məsul olan proseslərə təsir göstərə bilər.
Aygün Musayeva