İnsultun qarşısını ala biləcək əsas qidalar - Hər gün yeməlisiz

  • 2022.02.23 17:49
  • 2642 Baxış
İnsultun qarşısını ala biləcək əsas qidalar -  Hər gün yeməlisiz
Beyin damarlarının tıxanması -ateroskleroza yol verməmək üçün mütəxəssislər içki və siqaretdən imtina etməyi tövsiyə edir. Bununla yanaşı insult riskini endirən bəzi qidalar rasiona daxil edilməlidir.

Medicina.az xəbər verir ki, ilk öncə duz, natriy tərkibli ərzaqlardan qaçmaq lazımdır.

Amerika Kardioloji Assosiasiyasının alimləri insulta qarşı superərzaqların siyahısını təqdim edib.

- Qoz, badam, süd məhsulları,kəsmik, soya, düyü südü, tofu pendiri, sümüklü balıq növləri.

Cəmi bir ovuc badam və ya qoz yemək kifayətdir ki, orqanizmi monodoymamış yağla təmin edib, pis xolesterini aşağı salasız. Badam isə E vitamini mənbəyidir, o da arteriya damarlarının tıxanmasının qarşısını alır.

Süd məhsulları, pendir isə kaliy və kalsiylə zəngindir. Bunlar da təzyiqi tənzimləyir.


Eləcə də digər çərəzlər- pekan qozu, fındıq, fıstıq da monodoymamış yağlarla zəngindir.


MEDİCİNA.AZ