İntervallı acqalma orqanizmi viruslara qarşı dözümlü edir - ALİMLƏR

  • 02 Avq 2022 15:03
  • 1044 Baxış
İntervallı acqalma orqanizmi viruslara qarşı dözümlü edir  -   ALİMLƏR


Ac qalmaq immun sisteminə müsbət təsir edir.

Bakupost.az xəbər verir ki, intervallı, yəni müəyyən vaxt fasilələri ilə ac qalan şəxslərdə kovid, qrip və s. viruslarından xəstəxanaya düşmə və ölüm kəskin az olur.

Bu nəticələrə ABŞ İnermauntin Tibb universitetinin alimləri son elmi tədqiqatlarında gəliblər.

Onlar 2020-2021-ci illər arasında kovidə yoluxmuş 205 pasiyentin tibbi məlumatlarını analiz ediblər.

Məlum olub ki, interval acqalmanı qida tərzinə çevirənlərdə kovid digərlərindən daha yüngül keçib.

Periodik olaraq ac qalanlar koviddən ölməyib və ya az halda xəstəxanaya aparılıb.

Tədqiqatın müəllifləri belə hesab edir ki, bu effekt acqalma nəticəsində immun sistemin müdafiə mexanizminin artması nəticəsində alınır.

Acqalma infeksiyalardan qoruyur, eyni zamanda iltihabi cavabı azaldır.
Ona görə meymunçiçəyi infeksiyasından da bu metodla qorunmaq olar.