İntihar fikrinə düşən gənclər yardım üçün bu nömrəyə zəng etsin – DİQQƏT!

  • 06 May 2022 15:01
  • 1536 Baxış
 İntihar fikrinə düşən gənclər yardım üçün bu nömrəyə zəng etsin  –  DİQQƏT!

Azərbaycanda son 2 ildə hər gün gənc insanların, yeniyetmə və məktəblilərin intihar xəbərləri gündəmi zəbt edir.

Xüsusən yeniyetmə qızlar bəzən elə də müşkül olmayan səbəbdən özünü hündürlükdən atır, psixoloji olaraq toparlana bilmir.

Bəs bu uşaqların son anda intihar həddində yardım üçün harasa müraciət etmək, psixoloq, psixiatr yardımı almaq imkanı varmı? Dövlət belə bir şərait yaradıbmı? Bunun üçün xüsusi klinika, qurum varmı?

Bakupost. az xəbər verir ki, depressiyada olan, hər hansı çətinliyi olan şəxslər Sosial Xidmətlər Agentliyinin “Qayğı” Çağrı mərkəzinin qaynar xəttinə zəng edərək - 116 123 nömrəsini yığmalı, daha sonra onlayn pxisoloq xidmətindən yararlanmaq üçün 4 düyməsini basmaq lazımdır.

Bu mərkəzdə psixoloq və mütəxəssislər dəstəyə ehtiyacı olan insana dəstək göstəriləcək.