İntihar edən qızı tutarkən yaralanan gömrükçü EVƏ BURAXILDI

  • 12 May 2022 18:40
  • 2080 Baxış
İntihar edən qızı tutarkən yaralanan gömrükçü    EVƏ BURAXILDI

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır yaralanan 37 yaşlı Zahid Niyazov müalicə aldığı Mərkəzi Gömrük Hospitalından evə buraxılıb.

Bakupost.az -ın məlumatına görə, o, dünən həkimlərin rəyi ilə evə yazılıb, vəziyyəti qənaətbəxşdir. Bundan sonrakı müalicəsi ambulator aparılacaq.


Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışıb.

Z. Niyazov ağır durumda hospitala çatdırılıb, onun üzərində 2 böyük əməliyyat aparılıb.