İran COVID-19 peyvəndini sınaqdan keçirəcək - 2 həftədən sonra

  • 2020.10.13 10:21
  • 2040 Baxış
İran COVID-19 peyvəndini sınaqdan keçirəcək  - 2 həftədən sonra

İran iki həftədən sonra koronavirus (COVID-19) peyvəndinin insanlar üzərində sınaqlarına başlayacaq.

Bu barədə TASS məlumat yayıb. Məlumatda deyilir ki, bunu İran Səhiyyə naziri Səid Namaki açıqlamasında bildirib.

Nazir qeyd edib ki, İran koronavirusa qarşı peyvəndin inkişaf I istiqamətində müsbət irəliləyişlər əldə edib: “Bir neçə tədqiqat qrupunun birgə əldə etməyə çalışdığı peyvənd artıq meymunlar üzərində sınaqdan keçirilib. İnsanlar üzərində isə qarşıdakı iki-üç həftə ərzində gerçəkləşəcək”.

Səid Namaki əlavə edib ki, bütün bu prosedurlar beynəlxalq standartlara və Ümumdünya Səhiyyə Təşkilatının protokollarına, eləcə də İran Qida və Dərman Təşkilatının normalarına uyğun həyata keçirilib”.