Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İranda daha bir kütləvi zəhərlənmə

  • 2023.11.03 15:25
  • 1310 Baxış
İranda daha bir kütləvi zəhərlənmə


İranın Zəngan şəhərində məktəbli qızların zəhərlənməsi davam edir.

"Medicina" xəbər verir ki, Kövsər qızlar məktəbində kütləvi zəhərlənmə baş verib, şagirdlər xəstəxanaya aparılıblar.

Məlumata görə, zəhərlənmədən sonra, şagirdlərdən 36-sı Musəvi, 29-u Vəli-Əsr, biri Beheşti, bir şagird isə İmam Hüseyn adına Zəngan xəstəxanalarına göndərilib. Şagirdlərdən 62-si müayinə və ilkin tibbi müalicədən sonra evə buraxılıb, qalan beş nəfər isə hələlik xəstəxanadadır.

Xatırladaq ki, İranda bu, məktəblilər arasında ilk belə hadisəsi deyil. Bundan əvvəl Urmiyada, Qumda, Burucerddə, Tehranda və s. şəhərlərdə məktəbli qızların kütləvi zəhərlənməsi qeydə alınıb.