İranda koronavirusdan ölənlərin sayı artıb

  • 2020.02.29 14:12
  • 3435 Baxış
İranda koronavirusdan ölənlərin sayı   artıb
İranda yeni koronavirusun (Covid 19) yayılması nəticəsində indiyədək 43 nəfər dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində 9 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi deyib ki, indiyədək İranda bu virusa yoluxanların sayı 593 nəfərə çatıb. Cahanpur əlavə edib ki, ötən sutkada daha 205 nəfər bu virusa yoluxub. Sağalanların sayı isə 123-ə çatıb.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 388 nəfərin yeni koronavirusa yoluxduğunu, 34 nəfərin dünyasını dəyişdiyini, 73 nəfərin sağaldığını bildirmişdi.