İrandan qayıdan daha bir şəxs karantinə alındı

  • 2020.02.29 09:08
  • 1891 Baxış
İrandan qayıdan daha bir şəxs    karantinə alındı

Ağdaş rayonunun Abad kənd sakini, 39 yaşlı Sahil Nuralıyev səhhətində yaranan problemlərlə əlaqədar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çağırış edib.

Medicina.az Report-a istinadən xəbər verir ki, S.Nuralıyevin yaşadığı ünvana gedən həkim briqadası lazımi tibbi yardım edən zaman xəstə bir neçə gün əvvəl İran İslam Respublikasından Azərbaycana qayıtdığını bildirib. Həkim briqadası bundan sonra S.Nuralıyevi Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb və o, İnfeksion Xəstəliklər Şöbəsinə yerləşdirilib.

S.Nuralıyev xəstəxanaya yerləşdirildikdən 14 gün sonra evə buraxılacaq.