İranın Təcili Tibbi Yardım rəhbəri koronavirusa yoluxdu

  • 2020.03.03 17:56
  • 2077 Baxış
İranın Təcili Tibbi Yardım  rəhbəri koronavirusa yoluxdu

İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, o işinə fasilə verərək, xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, o, hazırda özünü yaxşı hiss edir.

Son məlumatlara görə, İranda koronavirusdan 77 nəfər ölüb. Yoluxanların sayı isə 2336 nəfərə çatıb.