İş adamı cəbhədə döyüşən hərbçinin övladını müalicə etdirəcək

  • 2020.11.04 12:49
  • 2983 Baxış
İş adamı cəbhədə döyüşən hərbçinin övladını müalicə etdirəcək

Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə iştirak edən hərbçinin beş yaşlı qızı Safiya Həsənzadənin kəskin limfoblast leykozdan əziyyət çəkdiyi və təcili köməyə ehtiyacı olduğunu barədə məlumat verilmişdi.

Medicina.az xəbər verir ki, azərbaycanlı iş adamı Anar Əlizadə hərbçimizin övladının müalicə xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, kəskin limfoblast leykoz təhlükəli bədxassəli qan sistemi xəstəliyidir. Xəstəlik sümük iliyi, limfa düyünləri, dalaq, digər orqanların zədələnməsi ilə baş verir