İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi

  • 2018.02.23 16:03
  • 9445 Baxış
İsa Qəmbər yenə xəstəxanaya yerləşdirildi
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin səhhətində yenidən problem yaranıb.


Medicina.az xəbər verir ki, siyasətçi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.


Müsavat Partiyasının mətbuat xidməti sabiq başqanın xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləyib: "İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. Xəstəxananın həkimləri İsa Qəmbərin bir neçə gün müddətində burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər”.