İşçilərin icbari tibbi sığortasını işəgötürən təmin edəcək Təsdiqləndi

  • 2020.10.27 13:09
  • 2752 Baxış
İşçilərin icbari tibbi sığortasını işəgötürən təmin edəcək  Təsdiqləndi

İşçilərin icbari tibbi sığortası işəgğtürənlər tərəfindən təmin ediləcək.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Məcəlləyə yeni maddə ("Maddə 307-1. İşçilərin icbari tibbi sığortası) əlavə edilib. Yeni maddəyə əsasən, işəgötürən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir.

Qanuna dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.