İşləməyə gələn fəhlə dəm qazından boğularaq ölüb

  • 2019.12.10 10:01
  • 2228 Baxış
İşləməyə gələn fəhlə dəm qazından boğularaq ölüb
Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb.

Medicina.az xəbər verir ki, şəhərin Natəvan qəsəbəsində Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədzadə Mehdi Bayram oğlu həyətdə olan hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci( səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, M.Məmmədzadə həmin ünvanda kirayə qalırmış. O, bir neçə gün bundan qabaq Gəncəyə işləmək üçün gəlib.