İsti vannaya qoyulan uşağın bədəni bu hala düşdü - FOTO

  • 2026.06.11 23:57
  • 224 Baxış
İsti vannaya qoyulan uşağın  bədəni bu hala düşdü - FOTO

Pediatr Tərlan Əyyubov uşaqların bədənindəki səpkilərlə bağlı valideynlərə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, "Hot Tube Rash" xəstəliyi barədə paylaşım edən həkim deyib:

"Yanıma 1 yaş 4 aylıq uşaq gətiriblər. Ananın dediyinə görə, 2 aydır uşaq səpir. Səpkilər topa-topa irinli vezikullardır və qarının ön aşağı divarı, popa və bud nahiyəsindədir.Pediatr və dəri həkimi yanında olublar. Bir neçə dəfə hormonal, antibiotik mazlar yazılıb. Müalicədən sonra keçib ancaq təkrar-təkrar yaranıb. Sonuncu dəfə 10 gün əvvəl irinli möhtəviyyat analizə verilib və Pseudomonas Aeruginoza çıxdığı üçün dəri həkimi deyib ki, sistem antibiotik vurulmalıdır. Pediatra getməyi məsləhət bilib. Onlar da mənim yanıma gəlib. Anamnezdən məlum olur ki, uşağı tez-tez isti vannada evdə oynamağa qoyurlar. Vannanı da duşdan gələn su ilə doldururlar. Bu çox əhəmiyyətli bir anamnestik məlumatdır. Bu xəstəliyə Hot Tube Rash deyilir və anamnez əsasında, səpginin xarakterindən, ananın dediyi əsas fakt - 'doktor səpkilər hər dəfə sanki çiməndən sonra yaranır' əsasən analiz vermədən belə (uşağa stress vermədən) də diaqnoz qoymaq mümkündür. Əsas məsələ: nəinki hormonal dərman, sistem yazmaq olmaz! Əksər hallarda uşağa dərman vermək ya sürtmək də lazım deyil, öz-özünə keçir. Əsas məsələ duşun başlığını dəyişmək və ya dezinfeksiya etməkdir ki, Pseudomonas Aeruginoza bakteriyası duş başlığında olmasın. Dərman isə ehtiyac olduqda gentamisin və bəzən də mupirosin və ya baktroban istifadə edilir! Gəlin, lazımsız dərmanları uşaqlarda həmən effekt vermək üçün yazmayaq, verməyək. Düzgün toplanmış anamnez müalicənin demək olar əsas hissəsidir".





Aygün
Medicina.az