Çiy qidaların qəbulu bağırsaq qurdları yaradır

  • 2018.03.15 14:20
  • 18336 Baxış
Çiy qidaların qəbulu bağırsaq qurdları yaradır
Bişməmiş balıq, hisə verilmiş dəniz və quş əti məhsulları suşi adlanır. Hazırda həmin qidalara böyük maraq var. Restorana üz tutanların demək olar ki, yarıdan çoxu həmin yeməkləri sifariş verirlər.


Medicina.az azərtaca istinadən xəbər verir ki, həkimlər isə suşi ilə qidalanmağın təhlükəli olduğunu söyləyirlər.


Termiki cəhətdən işlənməmiş ət və balıq məhsullarının istifadəsi bağırsaq qurdları və protozonların yoluxması üçün böyük risk qrupu yaradır. Yuyulmamış meyvə-tərəvəzlərin qəbulu da həmin xəstəliyə səbəb ola bilər. Xüsusilə yaz mövsümündə göyərti məhsulları adi su ilə yuyulandan sonra üzərinə mütləq sirkə və ya limon suyu tökülməlidir, çünki turş mühitdə parazitlər məhv olur.


Bizquyruq, askarid və lyambliya qurdları daha çox yayılıb. Lyambliya qurdu olan uşaqlar solğun bənizli və halsız, eyni zamanda ağlağan olur, tez yorulurlar. Digər hallarda isə dəri problemi və əsəb sistemində pozğunluq yaradır. Xəstəlik 70 faiz hallarda uşaqlar arasında müşahidə olunur. Dırnaq yemək, qum ilə oynamaq və müxtəlif əşyaların ağıza salınması xəstəliyin daha da artmasına səbəb olur.