Kabus kimi bir hadisə - Mədəsindən canlı həşərat çıxarıldı

  • 2026.06.10 22:42
  • 141 Baxış
Kabus kimi bir hadisə -  Mədəsindən canlı həşərat çıxarıldı

Türkiyədə Aydında mədə ağrısı ilə xəstəxanaya gedən eşitmə və nitq qüsurlu Sabri Kocaçobanın mədəsindən həşərat çıxarılıb.

Medicina.az xəbər verir ki, Aydının Efeler rayonunun Anbarcık kəndində yaşayan, yay aylarında dağlıq ərazilərdə fermer və çoban kimi çalışan eşitmə və nitq qüsurlu Sabri Kocaçobanda mədə ağrısı hiss etməyə başladı. Əvvəlcə soyuqdan mədə ağrısı olduğu düşünülsə də, bu, uzun müddət davam etdi və qohumları tərəfindən Atatürk Dövlət Xəstəxanasına gətirildi.



Xəstəxana müayinələri Kocaçobanın çox nadir bir xəstəlik keçirdiyini ortaya qoydu: ağzından bir həşərat mədəsinə girib və mədə ağrısına səbəb olub. Mədə turşusuna davamlı olan həşəratın xəstənin mədə divarına yapışıb dişlədiyi aşkar edilib. Həşərat cərrah Dr. Çağrı Coşkun tərəfindən xəstənin mədəsindən uğurla çıxarılıb.



Mütəxəssislər, xüsusən də yay aylarında çox yüksək temperaturlu ərazilərdə təbii mühitdə yatanlara ehtiyatlı olmağı məsləhət görürlər.



Aygün
Medicina.az