Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda yenidən peyda olan və müalicəsi olmayan Nipah virusu ilə bağlı təcili araşdırma aparılmasına çağırış edib. Ölüm nisbəti 75 faizə qədər olan virus səbəbindən Qərbi Benqalda karantin tədbirləri gücləndirilib.
Medicina.az xəbər verir ki, Malayziyanın Nipah bölgəsinin adını daşıyan virus ilk dəfə 1998-ci ildə Malayziya və Sinqapurda donuz fermerlərində aşkar edilib.
Səhiyyə orqanlarının məlumatına görə, Nipah virusu ştatın paytaxtı Kalkutta yaxınlığındakı yaşayış məntəqələrində aşkar edilib.
İlkin araşdırmalar xəstəliyi nəzarətdə saxlamaq üçün təcili təmas izlənməsinin aparılması qərarına gətirib çıxardı və risk qrupundakı şəxslər nəzarət altına alındı.
Ölüm nisbəti 75 faizə qədər olan virus səbəbindən Qərbi Benqalda karantin tədbirləri artırıldı.
Mütəxəssislər vurğulayırlar ki, Nipah virusu heyvanlardan insanlara, xüsusən də yarasalar və donuzlar vasitəsilə ötürülə bilər. Həmçinin insandan insana ötürülmə riski daşıyır.
Hindistanda geniş yayılmış meyvə yarasaları virusun təbii daşıyıcıları kimi tanınır.
Nipah virusuna yoluxmuş insanlarda qızdırma, baş ağrısı, yorğunluq, qusma və xroniki tənəffüs çətinliyi də daxil olmaqla bir sıra simptomlar müşahidə edilə bilər.
Ağır hallarda virus ensefalitə səbəb ola bilər və 24-48 saat ərzində komaya və ölümə gətirib çıxarar.
ÜST-ün məlumatına görə, Nipah virusu üçün ölüm nisbəti təxminən 40 faizdən 75 faizə qədər dəyişir.
Virusa qarşı peyvənd yoxdur. Xəstələr ümumiyyətlə dəstəkləyici müalicə alırlar.
Aygün
Medicina.az