Kardioqram infarktı göstərmir - Bəs dəqiq necə yoxlanmalı?

  • 2026.04.11 19:40
  • 120 Baxış
Kardioqram infarktı göstərmir   - Bəs dəqiq necə yoxlanmalı?

Bir çox insan ürək yoxlanışı deyəndə ilk olaraq kardioqramı (EKQ) düşünür. Amma vacib bir məqam var: EKQ hər zaman infarktı göstərmir.

Xüsusilə erkən mərhələdə və ya bəzi hallarda EKQ normal çıxsa belə, ürəkdə problem ola bilər.


Medicina.az xəbər verir ki, EKQ ürəyin elektrik aktivliyini göstərir, qızıl standartdır.
Amma:
Qısa müddətli dəyişiklikləri qaçıra bilər
Gizli (səssiz) problemləri göstərməyə bilər
Bəzən infarkt keçsə belə normal görünə bilər.

Daha dəqiq analiz və müayinələr

1. Troponin analizi (qan testi)
Bu, infarktın ən vacib göstəricilərindən biridir.
Ürək əzələsi zədələndikdə yüksəlir
Erkən mərhələdə belə dəyişir


2. Exokardioqrafiya (ürəyin USM-i)
Ürəyin quruluşunu göstərir
Hərəkət pozğunluğunu aşkarlayır
İnfarktdan sonra zədələnmiş sahələri göstərir.

3. Holter monitorinq (24 saatlıq EKQ)

Gün ərzində ürək ritmini izləyir
Gizli ritm pozğunluqlarını tapır

4. Stress testi (yüklənmə testi)

Qaçış və ya hərəkət zamanı ürək izlənir
Gizli damar problemlərini üzə çıxarır

5. Koronar angioqrafiya

Ürək damarlarını birbaşa göstərir
Tıxanma və daralmaları aşkar edir.

Hansı əlamətlərdə mütləq yoxlanmaq lazımdır?

Sinədə sıxılma və yanma
Sol qola, boyuna yayılan ağrı
Nəfəs darlığı
Soyuq tər basma
Ani halsızlıq
Bu əlamətlər olduqda vaxt itirmək olmaz.


Aygün Musayeva