Kasıb ailələrin uşaqları daha çox astma olur

  • 2026.01.08 19:01
  • 364 Baxış
Kasıb ailələrin uşaqları daha çox astma olur


Kasıb ailələrdən olan uşaqların astma xəstəliyindən əziyyət çəkmə ehtimalı daha yüksəkdir

Medicina.az xəbər verir ki, Amerikalı tibb tədqiqatçıları uşaqlarda astmanın inkişafı ilə ailələrinin maddi imkanları arasında əlaqə aşkar ediblər.

Allergiya və Klinik İmmunologiya hesabatına görə, kasıb ailələrdən olan uşaqların şəhər həyatı səbəbindən astma xəstəliyindən daha ağır əziyyət çəkdiyi sübut edilib. Alimlər qeyd edirlər ki, varlı ailələrdən olan uşaqlar vaxtlarını təmiz mühitdə keçirirlər, valideynləri ilə şəhərdən kənarda yaşamağa meyllidirlər və dəniz kənarına tətilə aparılırlar. Bu arada, kasıb ailələrdən olan uşaqlar ilin bütün aylarını şəhər mühitində keçirirlər, işlənmiş qazlardan əziyyət çəkirlər ki, bu da onların tənəffüs sisteminə mənfi təsir göstərir.

Alimlər təcrübələrini 2009-cu ildən 2010-cu ilə qədər aparıblar. Onlar müxtəlif sosial qruplardan olan bir qrup uşağın sağlamlığını izləyiblər.

Astma diaqnozu qoyulanların əhəmiyyətli bir hissəsi qaradərililər idi və böyük şəhərlərdə yaşayırdılar. Astma xəstəsi olan uşaqların yarısı aztəminatlı ailələrdən, yalnız üçdə biri isə yaxşı və ya yüksək gəlirli ailələrdən idi.

Lakin, aztəminatlı ailələr sənaye ərazilərindən daha yaxşı ekoloji şəraitə malik şəhərətrafı ərazilərdə yaşayırsa, astma xəstəsi olan uşaqların faizi də daha aşağı idi.

Alimlər qeyd edirlər ki, əvvəllər də oxşar bir tədqiqat aparılıb və nəticələr hazırkı tədqiqatdan fərqli olub.

Buna görə də, tədqiqatçılar uşaqlarda astmanın qarşısını almaq üçün optimal tədbirlər tapmaq məqsədilə bu problemin əlaqəsini və miqyasını daha dəqiq müəyyən etmək üçün əlavə testlər aparmaq niyyətindədirlər.


Aygün Musayeva