Nijniy Novqorod şəhərinin sakini 23 yaşlı qız işlədiyi bankən kassasından 26 milyon rubl oğurlayaraq qaçıb.
Medicina.az xəbər verir ki, kassir 6 ay ərzində bu pulu mənimsəyib. 
 Daha sonra işə çıxmayıb. 
Qadın şəhərdən qaçmaq istəyərkən yaxalanıb. O pulları xərclədiyini bildirib. Böyük məbləğə süd vəzilərinin böyütməsi əməliyyatı etdirib və bahalı telefon alıb. 
Onun barəsində cinayət işi başlanılıb.