Kənd yerlərində yaşamaq sağlamlıqdırmı?

  • 2023.03.17 19:56
  • 1953 Baxış
Kənd yerlərində yaşamaq sağlamlıqdırmı?
Alimlər kənd yerlərində yaşamağın sağlamlıq üçün faydaları haqqında mifi dağıtdılar.


“Medicina” xəbər verir ki, Hyuston Universitetinin tədqiqatçıları kənddə yaşamağın əvvəllər düşündüyü kimi psixi sağlamlıq üçün yaxşı olmaya bilər fikrini təcrübə əsasında açıqladılar. İşin nəticələri Journal of Personality jurnalında dərc olunub.


Müəlliflər şəhər və kənd yerlərinin sakinlərini tədqiq ediblər.
Bu məlumatlar təkcə demoqrafik məlumatları deyil, həm də amerikalıların psixoloji sağlamlıq vəziyyəti haqqında məlumatları özündə əks etdirir.

Göründüyü kimi, kənddə yaşayanlar şəhər sakinlərindən daha çox narahat və depressiyaya düşə bilirlər.
Tədqiqat onu da üzə çıxarıb ki, kənd sakinləri öz həyatlarından razı deyillər və şəhərlərdə yaşayan insanlardan daha çox həyatın mənasını görmürlər.

Alimlərin fikrincə, bu, səriştəli mütəxəssislərin çatışmazlığı səbəbindən şəhərdən kənarda psixoloji xidmətlərə çıxışın daha çətin olması ilə bağlıdır.

Kəndlərdən şəhərə axına Azərbaycanda da rast gəlmək olar. Bizdə ən çox iqtisadı çatışmamazlıq səbəb olur.

Günay Quluzadə