Kərə yağında yemək qızartmağın zərəri açıqlandı

  • 2020.09.14 16:43
  • 1924 Baxış
Kərə yağında yemək qızartmağın zərəri açıqlandı


Yeməklərin qızardılması üçün kərə yağını istifadə etməmək məsləhət görülür.

Medicina.az xəbər verir ki, Rusiyalı həkim-dietoloq İrina Berejnaya bu barədə açıqlama verib.

Ekspert quru tava və ya qrildən istifadə etməyi də tövsiyə edir.

“Təzə kərə yağı məqbul miqdarda təhlükəsizdir. Həmçinin xolesterinin maddələr mübadiləsinə mənfi təsir göstərmədiyi də məlum olub”, - dietoloq vurğulayıb.

Bununla belə, İ.Berejnayanın sözlərinə görə, 70 dərəcədən artıq istilikdə sərbəst radikallar ortaya çıxa bilər. Onlar uzunmüddətli istifadədə onkoloji xəstəliyə yol aça bilər.

Mütəxəssis bildirib ki, xörəklərin hazırlanmasında donuz yağından da yararlanmaq olar, ancaq bununla belə, ən yaxşı seçim deyil.

“Uzunmüddətli istifadə və yüksək hərarət zamanı kalorilik artacaq və müvafiq olaraq həmin sərbəst radikallar ortaya çıxa bilər. Bununla belə, azad radikallar kərə yağından daha az miqdarda olacaq”, - o əlavə edib.