Kim daha çox yatmalıdır... - Qadın, yoxsa kişi?

  • 2018.03.03 01:01
  • 20966 Baxış
Kim daha çox yatmalıdır... -  Qadın, yoxsa kişi?
Normal yuxu insanın sağlamlığı üçün ən vacib olan amillərdən biridir.


Yuxunun az və ya keyfiyyətsiz olması, xroniki yuxusuzluq insan orqanizminə ciddi ziyan vurur - ürək-damar və sinir sistemləri xəstəliklərinin, şəkərli diabetin, hətta xərçəngin riskini artırır, immun sistemini zəflədir.


Alimlərin fikrinə görə, normal gecə yuxusu 6 saatdan az olmamaldır.  


Lafboro Universiteti (Böyük Britaniya) nəzdində Yuxu araşdırması mərkəzinin alimləri xüsusi araşdırma zamanı aşkar ediblər ki, qadınlar kişilərlə müqayisədə daha çox yatmalıdır.

 


Alimlər bunu qadinların beynində neyron əlaqələrinin strukturunun daha mürəkkəb olmağı ilə əlaqələndirir. Məhz bu səbəbdən qadınların əksəriyyəti eyni zamanda bir neçə iş görə bilir, bir neçə problem haqqında fikirləşməyi bacarır. Bu zaman beyin güclü yüklənir ki, ona istirahət etmək üçün daha çox vaxt tələb olunur.


Bundan əlavə qadınların sinir sistemi kişilərlə müqayisədə daha həssasdır ki, bu səbəbdən yuxunun az olması qadınlar üçün daha ziyanlıdır.


Alimlərin fikrinə görə, qadınlar orta hesabla kişilərdən 30 dəqiqə çox yatmalıdır.

 

Sağlamolun