Kim peyvənd olunmayıb, təcili çiçək vaksini vurulmalıdır - İtalyan ekspert

  • 2022.05.27 16:47
  • 2364 Baxış
Kim peyvənd olunmayıb, təcili çiçək vaksini vurulmalıdır    - İtalyan ekspert

Meymunçiçəyi virusu vaksin tələb edir. Kim ki, bu xəstəliyə qarşı peyvənd olunmayıb, məcburi peyvəndlənməyə cəlb olunmalıdır.


Bakupost.az xəbər verir ki, bu barədə İtaliya İnfeksion Xəstəliklər klinikasının direktoru Matteo Bassetti bildirib.

Ekspert qeyd edib ki, risk qrupunda olan insanlar vaksinasiyaya getməlidir.


“Düzdür, meymunçiçəyinin virulentliyi COVID-19 və klassik çiçəkdən daha azdır, o az mutasiyaya uğrayır. Bəşəriyyət çox güman ki, kovid kimi pandemiya ilə üzləşməyəcək. Çünki biz məlum, tanış virusla qarşı-qarşıyıq.


Narahat edən məqam odur ki, 250 yoluxma halı bir ölkədə yox, eyni vaxtda 20 ölkəni əhatə edib. Qısa müddətdə belə yayılma epidemiyaya gətirə bilər.

Meymunçiçəyi mürəkkəb, çətin klinik mənzərə verməsə də, çox diqqətli ayıq olub, vaxtında bütün mümkün diaqnostik vasitələrlə yoluxanları ilk gündən sağlamlardan ayırmaq lazımdır.
Virus əsasən 10-30 yaş insanları yoluxdurur, amma daha yaşlı təbəqə üçün də risk var”.


Aygün Musayeva
BakuPost