Kimlər daha çox koronavirusa yoluxur? - İmmunoloqdan SİYAHI

  • 2021.09.28 17:03
  • 2038 Baxış
Kimlər daha çox koronavirusa yoluxur? -    İmmunoloqdan SİYAHI
Delta ştammı dominant ştamm olduğu müddətdə hətta 2 doza vaksin olunanlar da virusa yoluxa bilər. Hazırkı peyvəndlər yoluxmaya qarşı yox, xəstəliyin ağırlaşmasına qarşı daha effektivdir. Ona görə də Yer üzündə elə bir ölkə yoxdur ki, orda yoluxma təhlükəsi tam sıfıra ensin.

Medicina.az xəbər verir ki, immunoloq həkim, tibbi ekspert Nikolay Kryuçkov kimlərin daha çox virusa yoluxma riskindən danışıb.

“ Hazırkı şəraitdə yoluxmaya həssas riskli qrupları ayırd etmək olar. İlk növbədə hətta vaksin olunsa belə, immuiteti zəifləmiş və immundefisiti olan insanlar, yəni həkimlərin birincili və ikincili immundefisitli xəstələr dediyi insanlar təhlükə altındadır. Eləcə də QİÇS, hepatit, VİÇ, uzun müddətli xroniki xəstəliyi olanlar, onkoloji xəstələr, kimyaterapiya alanlar və autoimmun xəstələr bu qrupa daxildir.

Daim iltihab əleyhinə streroid və hormonal preparatlar qəbul edənlər və yaşı 65-dən yuxarı olanlar, ahıl şəxslər virusa hətta ildə 2 dəfə yoluxa bilərlər.

Bu insanlar peyvənd olunsalar da, zəif müdafiə qazanırlar və antitelləri yaranmır, ya da tez itir.

Bu qrup şəxslər 2 doza vaksin olsalar da özlərini ciddi çəkildə qorumalı və insanlarla az ünsiyyətdə olmalıdırlar.
Birinci vaksinasiyadan 5-7 ay keçənlər də yoluxma riskinə daxildir. Peyvənddən yarım il sonra orqanizmdə antitellər düşür. Bir çox insanlarda bu daha tez baş verir”.