Kimlərdə koronavirusa qarşı antitellər tez itir?

  • 30 Dek 2021 16:18
  • 985 Baxış
Kimlərdə koronavirusa qarşı antitellər tez itir?

Yaş, xroniki xəstəliklər və digər amillər koronavirus infeksiyasına qarşı antikorların yox olmasına təsir göstərə bilər.

Medicina.az xəbər verir ki, bu barədə həkim-immunoloq Nikolay Kryuçkov danışıb. O, orqanizmdə koronavirusa qarşı immunitetin itirilməsinin əsas səbəblərini sadalayıb.

Mütəxəssis qeyd edib ki, 55 yaşdan sonra orqanizmdə immunitet pis formalaşır və ağır xroniki xəstəliklərin olması immun çatışmazlığı ilə nəticələnə bilər.


Həkim bildirib ki, anticisimlərin qalıcılığı doğuş zamanı formalaşan immunitetin xüsusiyyətləri ilə bağlıdır. Mütəxəssisin fikrincə, bu spesifiklik həyat boyu heç bir şəkildə özünü göstərə bilməz və yalnız koronavirusdan sonra ortaya çıxa bilər.

Bundan əlavə, Kryuçkov immunosupressiv dərmanların istifadəsinin COVID-19-a qarşı yaranan immunitetə ​​də təsir edə biləcəyini bildirib. Bu dərmanlar revmatologiya və ya onkologiyanın otoimmün xəstəliklərini müalicə etmək üçün uzun müddət istifadə olunur. /publika.az/