Kimlərə cız-bız, içalat yemək olmaz – Zərərləri

  • 2022.01.18 17:31
  • 3105 Baxış
 Kimlərə cız-bız, içalat yemək olmaz  – Zərərləri
Qaraciyər, böyrək, ürək, ağciyər, traxeya, ağ ət... Kəsilən heyvanın içalatı da qədim türk mətbəxində israf olunmayıb, daxili orqanlardan dadlı cızbız icad olunub.

Cız-bız adı quyruq tikələrinin sacda çızıldayıb çırtlamasından götürülüb. Bu yemək Cənubi Azərbaycnada Çığır-bağır da adlandırılır.
Bəs daxili orqanları yemək orqanizmə zərərli deyilmi? Axı çox orqanlarda toksinlər toplanır?

Medicina.az cız-bızın kimlərə zərərli olmasını araşdırıb.

Tibdə və qida terminologiyasında heyvanın daxili orqanları subərzaq adlanır.

Onlar 2 kateqoriyaya bölünür: sırf daxili orqanlar, beyin və xaricdə qalan orqanlar: quyruq, dil, qulaqlar, baş, kəllə, sümüklər.

Bu hissələrdən delikates yeməklər hazırlanır.

Ayrı-ayrılıqda bu hissələrin hər biri mineral və vitaminlərlə, zülalla zəngindir.

Lakin bəzi xəstəliklər var ki, onlarda yağlı cız-bız yemək olmaz.

Bunlara:

- Damar tıxanıqlığı olanlar, ateroskleroz
- Dağınıq skleroz
- Böyrək çatışmazlığı

- Ürək-damar xəstəlikləri
- Ürəyində stend olanlar

- Qanda xolesterin, triqliseridlər yüksək olanlar
- Şəkərli diabet xəstələri

- Aşırı piylənməsi olanlar
- Beyin qan dövranı pozulanlar

- Qaraciyər piylənməsi

- Bel nahiyədə piylənmə olanlar

- Ürək damarlarında tutulması olanlar