Kimlərə ət bulyonu olmaz - Ciddi fəsadları

  • 2022.09.23 13:47
  • 2431 Baxış
Kimlərə ət bulyonu olmaz  - Ciddi fəsadları


Əslində sümük, toyuq bulyonu rasionun əsasını təşkil etsə də, hazırda faydalı bulyon belə zərərli ola bilər.

"Medicina" xəbər verir ki, həkim Andrey Bobrovskiy bulyonların zərərini belə izah edib.

"Hazırda iribuynuzlu heyvanlar, quşlar hormon və antibiotiklərlə yetişdirilir, onların çəkisi süni olaraq artırılır.

Ona görə belə heyvanların ətindən bulyon əksinə onlarda olan dərman qalıqlarını suya çıxarır.

Belə bulyonlardan şorba uşaqlara da zərərlidir.

Yaxşı olar ki, belə heyvanların bulyonu ikinci -üçüncü dəfə süzülmədən sonra istifadə olunsun.

Çox yağlı bulyonlar ciddi xəstəliklərə yol aça bilər.

Orta yaşlı adamlarda ateroskleroz, işemik, infarkt, insult - daim menyuda doymuş yağ turşuları ilə zəngin heyvani yağların olmasıdır.

Aygün Musayeva