Kimlərə limonlu çay içmək qadağandır?

  • 2023.02.27 15:04
  • 2864 Baxış
 Kimlərə limonlu çay içmək qadağandır?
Rospotrebnadzor”un təmsilçisi epidemioloq Yekaterina Antipova qəti şəkildə bildirib ki, limonlu çay xroniki mədə - bağırsaq xəstəlikləri olan insanların səhhətini pisləşdirə bilər.

“Medicina” xəbər verir ki, limon həzmi aktivləşdirmək, tonus və canlılığı saxlamaq qabiliyyətinə malikdir.

Limonun tərkibi C vitamini ilə zəngindir. Bu səbəbdən qan damarlarının vəziyyətinə müsbət təsir göstərir.

Mütəxəssis çay içdikdən sonra bir dilim limonu sadəcə yemək məsləhət görür. Bu limonlu çaydan daha çox vitamin verəcək.

Xolelitiyaz, qastrit, mədə xorası, mədə yanması olan xəstələr qətiyyən limonlu çay içməməlidir.

Kofeinə həssas olan insanlar belə, limonlu çay içdikdə narahatlıq yaradır. Həkim qeyd etdi ki, limonlu çay axşam saatlarında içilməməlidir. Əks halda yuxulamaqda problem yaranır.

Digər həkim diyetoloq İrina Pisareva limonlu çayı hazır ətirli çay şəklində içməyi məsləhət görür.

Mütəxəssislər onu da qeyd etdilər ki, səhər ac qarnına yalnız təmiz su qəbulu daha məqsədəuyğundur. Çünki qəhvə və çayı acqarnına içmək həzm pozğunluğunu şiddətləndirə bilər.

Günay