Kişi ginekoloq 40 il ərzində 9000 uşağa sahib olub - İllər sonra açılan SİRR

  • 18 Mrt 2021 15:13
  • 10181 Baxış
Kişi ginekoloq 40 il ərzində 9000 uşağa sahib olub -  İllər sonra açılan SİRR

88 yaşlı Filipp Peven uzun illər ginekoloq həkim kimi çalışıb.

Hazırda təqaüddə olan həkim 40 il ərzində pasiyenti olan qadınlara gizli donor olub və 9000 qadının hamilə olmasına səbəb olub.

Medicina.az xəbər verir ki, ABŞ-ın Detroyt şəhərində yaşayıb işləyən Filipp nəinki hamilələri qəbul edib, doğuşda iştirak edib, o eyni zamanda hamilə ola bilməyən qadınlara sperm donoru olaraq onların mayalanmasında da iştirak edib.
İşin üstü təsadüfən açılıb.

Ceymi Holl adlı qadın süni mayalanma nəticəsində doğulub. İllər sonra o, bioloji atasını tapmaq qərarına gəlib. Uzun araşdırmalar onun atasının ginekoloq Filipp olduğunu üzə çıxarıb. DNT analizi də müsbət çıxdıqdan sonra Filipp neçə min qadına donor olduğunu etiraf edib.

Bundan sonra Ceymi digər qan bağı olan bacı –qardaşlarını axtarmaq qərarına gəlir. 23andMe biotexnoloji şirkətə müraciət edən qadın 2020-ci ilin sonuna kimi yüzlərlə bacı qardaşını tapır.

Həkimdən olan bütün uşaqlar onun bu addımını normal qarşılayıb və bu işdə pis bir şey olmadıqlarını deyiblər.
“O,bir qadını sonsuzluqdan xilas edib, ana edib və bizim dünyaya gəlməyimizə səbəb olub. Buna görə ona minnətdar olmalıyıq”.

Filipp etiraf edib ki, digər həkimlər də qadınlara donor olub və bu tarixən var. Burda heç bir qanun pozuntusu da yoxdur, çünki qadınlar süni mayalanmaya və bu həkimin donor olmasına etiraz etməyib.