Kişi sağlamlığı üçün ən vacib qidalar – Duzu azaldın

  • 2023.10.18 16:57
  • 1966 Baxış
Kişi sağlamlığı üçün ən vacib qidalar  – Duzu azaldın


Kişi sağlamlığı üçün ən zərərli və ən faydalı qidaları həkim psixoterapevt Mixail Qinzburq açıqlayıb.

Həkim kişiləri daha çox meyvə, tərəvəz, göyərti yeməyə, duz və şəkəri azaltmağa çağırıb.


“Ürək-damar sistemini, fiziki-emosional vəziyyəti yaxşı saxlamaq üçün duzu azaltmaq lazımdır. Çünki orqanizmdə duz çoxluğu qadınlara nisbətən kişilərə daha çox təsir edir.

Kişilərə ikinci zərərli faktor – pis yağlardır: marqarin, trans yağ. Eləcə də pis zülal – qırmızı ət, sosis, kolbasa və s.

Kişilər sağlam qidaları sevmir, qarabaşağı, göyərtini kişi yeməyi hesab etmirlər. Amma əksinə kişilər göyərti yeməlidir ki, onda B qrup vitaminləri var. Və bu damarların tıxanmasının qarşısını alır.

Kişilər həftəlik rasionuna nələr daxil etməlidir: yağlı dəniz balığı, yaxşı bitki yağları – zeytun, kətan, tərəvəzlərdən çuğundur, kök, balqabaq, göyərti və meyvələr, eləcə də çərəzlər – onlar sink və maqniy mənbəyidir. 70% kişilərin menyusunda sağlam qida yoxdur. Buna məsul şəxslərdən biri də ana və həyat yoldaşlarıdır. Onlar masanı balanslı etməlidir”.

Aygün Musayeva