Kişilər qarın piylərindən necə xilas ola bilər?

  • 2022.09.07 14:07
  • 1771 Baxış
Kişilər qarın piylərindən necə xilas ola bilər?

Kişilərdə qarın hissədə piylənmə müxtəlif xəstəliklərə səbəb ola bilər.


"Medicina" xəbər verir ki, həkim Hektor Peres kişilər üçün təhlükəli olan bu vəziyyətdən çıxış yolunu açıqlayıb.

Onun sözlərinə görə, Visserial piy daxili orqanları əhatə edir.

Əgər kişinin bel çevrəsi 100 sm-i keçibsə, deməli, arıqlamaq vaxtıdır.

"Bunun üçün yağlı, un məmulatları, şirniyyat, alkoqoldan imtina etməli. Market qidaları, emal olunmuş ərzaqlardan uzaq durmalı.

Meyvə, tərəvəz, tam taxıl, təmiz zülal yemək lazımdır.

Gecə gec yatanlarda da bel, qarın piylənir.

Müntəzəm güc tələb edən fiziki məşqlər də piyləri yandırır.

Stressdən uzaq olmalı, normal 8 saat yatmaq lazımdır"

Aygün Musayeva