ABŞ və Finlandiya alimlərinin birgə tədqiqatı damar patologiyalarından ölüm riskinin yüksək olması ilə əlaqəli yaşları müəyyən edib. Tədqiqatçılar cinslər və irqlər üzrə məlumatları nəzərdən keçiriblər.
Medicina.az xəbər verir ki, layihə müəllifləri (Texas Sağlamlıq Mərkəzinin əməkdaşları və Helsinki Universitetinin Mərkəzi Xəstəxanasının əməkdaşları) bir neçə min tibbi qeydi təhlil ediblər.
Nəticədə həkimlər belə bir nəticəyə gəliblər ki, kişilər 40 yaşdan sonra, qadınlar isə 30 yaşdan əvvəl sağlamlıqlarında baş verən hər hansı bir dəyişiklik üçün daha yaxından izlənilməlidir.
Məhz bu yaş kateqoriyalarında hər iki cins üçün infarkt və ya insult keçirmə ehtimalı statistik olaraq ən əhəmiyyətli dərəcədə artıb. Alimlərin fikrincə, bu riski artıran ən əhəmiyyətli amillər virus infeksiyaları, zəifləmiş immunitet, siqaret çəkmə, hipertoniya və piylənmədir.
Aygün Musayeva