Kişilərdə intim libidonu “öldürən” vərdişlər

  • 2023.05.17 21:43
  • 2134 Baxış
Kişilərdə intim libidonu “öldürən”   vərdişlər
8Seksoloqlar kişi libidosunu öldürən vərdişlər haqqında danışarkən bildiriblər ki, cinsi əlaqəyə marağın itməsi normal ola bilər. Amma əgər bu istəksizlik aylarla davam edirsə, narahatlığa əsas var.


“Medicina” xəbər verir ki, ekspertlərin fikrincə, cinsi istəyin əsas qatili stressdir.

Bu vəziyyətdə fikirlərinizi narahatlıqlardan uzaqlaşdırmaq və özünüzə xoş gələn bir şeylər etmək vacibdir. Dostlarla görüşmək, gəzintiyə çıxmaq və ya yeni hobbi yaxşı müalicə ola bilər.


Libido səviyyələrinə müəyyən dərmanlar, alkoqol qəbulu da mənfi təsir göstərə bilir.

Səbəblərin ümumi siyahısına aşağıdakılar daxildir:

• bədənin ümumi xəstəlikləri;
• nevrotik pozğunluqlar;
• endokrin sistemin pozulması;
• dərmanların yan təsiri;
• cinsi əlaqədən uzun müddət imtina.

Səbəbindən asılı olmayaraq, kişilərdə libidonun azalması nizamlı cinsi həyatın pozulmasına gətirib çıxarır.

Çanaq orqanlarında qana dövranının pozulması, depressiya və ciddi psixoloji pozğunluqlar meydana gələ bilər.


40-50 yaşdan sonra kişilərdə libidonun azalması testosteron səviyyəsinin təbii azalması ilə əlaqədar ola bilər. Səbəb çox vaxt kişi menopozu olan - andropozdur. Artıq müasir kişilərdə bu dövr 40 yaşından başlaya bilir.


Günay Quluzadə