Kolbasa xərçəngin inkişafına səbəb olan bir qidadır.
Lakin bununla bitmir.
Medicina.az xəbər verir ki, həkim Georgi Sapeqo kolbasanın gündəlik istehlakının sağlamlığa böyük zərər verə biləcəyi barədə xəbərdarlıq edib:
"Kolbasada çox miqdarda duz, doymuş yağlar, kanserogenlər və yoluxucu maddələr var.
Bu cür məhsullar kanserogenlər ehtiva edir və xərçəng riskini artırır”.
Terapevt əlavə edib ki, yüksək təzyiqi və xroniki ürək-damar xəstəliyi olan insanlar kolbasalardan qəti şəkildə çəkinməlidirlər.
Kolbasaların tərkibində çox yüksək miqdarda duz olduğunu və bunun qan təzyiqini artırdığını və doymuş yağların xolesterolun artmasına səbəb olduğunu izah etdi. Həkim vurğuladı ki, zəif qan damarları və ürək sağlamlığı olan insanlar üçün kolbasaya aludəçilik infarkt və ya insult riskini artırır.
Mütəxəssis həmçinin kolbasaların yoluxucu xəstəlikləri tətikləmək potensialını qeyd etdi. Onlarda hepatit patogenləri ola bilər:
"Məsələn, Alman kolbasaları hepatit E infeksiyasının mənbəyidir".
Aygün Musayeva