Yayın isti havalarında rahat yuxu üçün ventilyator və kondisionerlərə üstünlük verilir.
Medicina.az xəbər verir ki, mütəxəssislər ventilyator və kondisionerlərdən istifadənin müəyyən sağlamlıq problemlərinə səbəb ola biləcəyinə diqqət çəkirlər.
Ventilyatorun, xüsusən də birbaşa üzə və ya bədənə yönəlmiş uzun müddət istifadəsi əzələ spazmlarına, boyun və bel ağrılarına səbəb ola bilər. Bundan əlavə, soyuq havanın səbəb olduğu bədən müqavimətinin azalması yuxarı tənəffüs yollarının infeksiyası riskini artıra bilər.
Kondisionerlərdən istifadə edərkən otaq temperaturunu çox aşağı saxlamaq və ya kondisioner filtrinin təmiz olmaması havada olan toz və mikrobların inhalyasiyasına səbəb ola bilər. Allergik reaksiyalar, astma tutmaları və soyuqdəymə kimi hallar yaradar.
Ventilyatoru bədənə deyil, birbaşa otağa yönəltmək, otaq temperaturunu normada saxlamaq və kondisioner filtrlərinin mütəmadi olaraq təmizlənməsi sağlamlıq üçün çox vacibdir.
Yuxu zamanı cihazların həddindən artıq soyuq və ya sərt hava üfürməsinin qarşısını almaq üçün taymer (Yuxu rejimi) istifadə etmək də tövsiyə olunur.
Aygün
Medicina.az