Koronadan sonra dəhşətli saç tökülməsinin 2 səbəbi AÇIQLANDI

  • 2021.11.03 17:08
  • 1689 Baxış
Koronadan sonra dəhşətli saç tökülməsinin 2 səbəbi  AÇIQLANDI
Koronavirus orqanizmə elə zərbə vurur ki, bundan hətta saçlar da əziyyət çəkir. Sağalanlar aylarla saç tökülməsindən, keçəl qaldıqlarından şikayətlənir. Heç bir vasitə də kömək etmir.


Medicina.az xəbər verir ki, həkim dermatoloq Natalya Şamanskaya koviddən sonra saçların məhv olmasının əsas səbəblərini sadalayıb.

“Birincisi covid müalicəsi, dərmanlar orqanizm üçün güclü toksiki zəhərlənmədir. Yüksək dozada virus və antibakterial dərmanlar intoksikasiyaya səbəb olur, bu da saçları tökür.

İkincisi virus bütün qan damarlarını zədələyir, saç follikullarını da damarlar qidalandırır. Baş dərisini qidalandıran kiçik damarlar belə zədələndiyi üçün ocaqlı bərabər hissəli tökülmə baş verir.

Üçüncüsü immun sistemdə fırtına baş verdiyi və virusdan sonra zəiflədiyi üçün yuvalı ocaqlı tökülmə, hətta dazlaşma baş verə bilər.

Xəstəxanada cihaza qoşulan insanlarda işemik sam tökülməsi olur, bu da saç bitən yerlərdə qan dövranının pozulmasına görədir.

Əgər baş dərisində nekroz, çapız əmələ gələrsə, geridönməz proses baş verir.

Kovid intoksikasiyası sanki kimyaterapiya almış xəstə kimidir, tüklər hər yerdə tökülür, təkcə başda yox. Toksiki fəsad aradan qalxandan sonra saçlar yavaş-yavaş bərpa olur”.